​Novruz Məmmədov baş nazir oldu - VİDEO/YENİLƏNİB

Baxış sayı:
4348

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.
O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.
Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.
Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.

***

"Cənab Prezidenti qələbəsi münasibətilə təbrik edirəm. Hesab edirəm ki, xalq ölkəmizin iqtisadi inkişafı, Heydər Əliyevin siyasi kursu, siyasi sabitliyə səs vermiş oldular".
Muxalifet.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
S.Novruzov Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı ilə bağlı Preizdentin təqdimatına da münasibət bildirib: “Novruz Məmmədov tək xarici siyasət deyil, prezidentin iqtisadi siyasəti ilə bağlı daim geniş məqalələrlə çıxış edib. Novruz Məmmədov 22 ildən artıqdır ki, Prezident Adminstrasiyasında çalışır, bu vəzifəyə addım-addım gəlib. Bu illər ərzində ölkəmizin maraqlarını xarici ölkələrdə uğurla təmsil edib. Ölkəmiz, Prezidentimiz əleyhinə xairici qüvvələr tərəfindən verilən yazılara münasibət bildirən az insanlardandır. Biz də bütün həmkarlarımızı Novruz Məmmədova səs verməyə çağırırıq. Bundan sonrakə fəaliyyətini də uğurla həyata keçirməyi arzu edirik. Bununla yanaşı, Artur Rəsizadə də fəaliyyəti dövründə hər zaman sədaqətlə fəaliyyət göstərib. Ona da təşəkkür edirik”.
Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyin edilməsi ilə bağlı Prezidentin təqdimatı Milli Məclisdə səsə qoyulub.
Millət vəkillərinin səs çoxluğu ilə N.Məmmədov baş nazir vəzifəsinə təsdiq edilib.
Novruz Məmmədov Milli Məclisdə çıxış edir.
"Bugünə qədər ölkəmizin əldə etdiyi uğurların daha da genişlənməsi üçün biz birlikdə çalışacağıq".

​​​​​​