​NOVELLA CƏFƏROĞLU: “Dünya bizə istinad edir, siz yox?”

Baxış sayı:
4390

Ötən gün “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” kitabının təqdimetmə mərasimi keçirilib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, tədbirdə çoxlu sayda yerli və xarici qonaqlar iştirak edib.
Lakin sosial şəbəkələrdə tanınmış hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu tədbirə dəvət edilməməsinə etiraz edib:
“Bu, çox yaxşı təşəbbüsdür. Sadəcə, mənim üçün təəccüblü odur ki, tədbirdə iştirak edənlər arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istisna olmaqla, biz digər QHT-ləri məhkəmədə qadınların hüquqlarını müdafiə edən görməmişik. 28 ildir bizim təşkilatımız məhkəmələrdə qadınların hüquqlarını müdafiə edir. Bizim təşkilatımız nə üçün bu tədbirə dəvət edilməyib? Bütün dünya bizim təşkilata istinad edir, siz yox?”.