​NÖVBƏTİ ZƏLZƏLƏ: dünya titrəməkdə davam edir - 5.9 bal

Fransanın Yeni Kaledoniya bölgəsində 5.9 və 5.5 bal gücündə ardıcıl 2 yeraltı təkan qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidmətindən informasiya yayılıb.
Zəlzələlərnin episentri Tadin yaşayış bölgəsinin 62 və 81.5 kilometr şərqində, mərkəzi isə yerin 10 kilometr dərinliyinə düşüb.
Hadisə nəticəsində dəymiş ziyan və xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, noyabrın 13-də İran-İraq sərhədində 7,2 bal gücündə ardıcıl zəlzələ baş vermiş və yeraltı təkanlar bir neçə ölkədə hiss edilmişdi. Ötən gün isə Azərbaycanda 6 bal gücündə zəlzələ oldu./axar/