​Növbədənkənar parlament seçkiləri olacaq? - Siyavuş Novruzov AÇIQLADI

Baxış sayı:
8683

“Azərbaycan Milli Məclisinə erkən seçkilərin keçirilməsi gündəmdə deyil”. 
Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. YAP rəsmisi bildirib ki, növbədənkənar seçkilərin keçirilməsi üçün ya konstitusiyada dəyişiklik edilməlidir, ya da parlament özü-özünü buraxmalıdır:
“Bu ilin dekabırında bələdiyyə seçkiləri olmalıdır. Qanunvericiliyə uyğun olaraq növbəti il isə parlamentə seçkilər keçiriləcək. Nə baş verəcəyini biz proqnozlaşdıra bilmərik”.