Növbədənkənar parlament seçkiləri müzakirələri… - PREZİDENTİN QƏRARI GÖZLƏNİLİR

Baxış sayı:
2485

 
Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan prezident Armen Sarkisyana müraciət edərək ölkədə yaranmış vəziyyətdən çıxmaq üçün geniş siyasi müzakirələr  təşkil etməyə və lazım gəldikdə,  növbədənkənar parlament seçkilərinin keçirilməsinə təşəbbüskarlıq etməyə çağırıb.
Bu barədə Ermənistan parlamentinin saytında dərc olunmuş məlumatda bildirilir.
Bundan əvvəl erməni müxalifətinin lideri Nikol Paşinyan və baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan arasında aprelin 25-nə planlaşdırılan danışıqlar ləğv edilib.
N.Paşinyan daha əvvəl baş nazir postunu tutmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən keçirilib. Aprelin 23-də Ermənistan hökuməti istefa verib. Ölkədə yeni baş nazir seçkiləri mayın 2-nə təyin edilib.