​Nostradamusun yalançı çıxdığı 6 MARAQLI FAKT

Baxış sayı:
623

İnsanların çox az qismində rast gəlinən və hər kəsin həsəd apardığı altıncı hiss həmişə doğru çıxmaya bilir. Belə ki, fransız həkim və münəccim olan Mişel Nostradamus özünün kəhanətləri ilə məşhur olsa da, onların böyük əksəriyyəti bu gün üçün yalan informasiya çıxıb desək, yanılmarıq.
Muxalifet.az publika.az-istinadən Nostradamusun yalançı çıxdığı 6 maraqlı faktı təqdim edir:
 
1. Qəhvə falından gələcəyi görən insanlar azalacaq
 
Bu gün nəinki qəhvə falından, hətta insanın üzünə baxıb ona gələcəyi haqqında məlumat verən, qeyri-qanuni yollarla insanları aldadan şəxslərin sayı artıb.
 
2. Nostradamusa görə, 1999-cu ildə dünya dağılmalı idi
 
21-ci əsr, 2017-ci ili yaşayırıq. Bu gün-sabah 2018 gəlir. Dünya ölkələri arasında siyasi məsələlərdə müəyyən problemli məqamlar yaşansa da, dünyanın dağılmaq fikri yoxdur.
 
3. İnsanlar heyvanlarla eyni dildə danışacaqlar
 
İnsanlar heyvanlarla danışsa da, heyvanlar insanlarla danışa bilmir. Buna baxmayaraq, onlar insanları hiss edə və başa düşə bilirlər. Bu da özünü doğrultmadı.
 
4. Dünyadan başqa planetlərdə də həyat mövcud olacaq
 
NASA-nın son fəaliyyətlərini nəzər alsaq bir qədər bu fikirdə doğruluq payı ortaya çıxır. Yalnız iddia edildiyi kimi, başqa planetlərdə hələ heç bir millətin yaşadığı aşkarlanmayıb.
 
5. Dinlər məhv olacaq
 
Bu iddia da yalan çıxdı. Bu gün dinlər arasında müharibə hələ də davam edir.
 
6. Dünya iqtisadiyyatı böhrandan çıxa bilməyəcək
 
Bu iddia da özünü doğrultmadı. Bir çox dünya ölkələri böhrandan çıxış yolu axtararkən narkotik maddə istehsalını belə leqallaşdırdılar.