​Norveçdə Rusiya casusu TUTULDU – Azərbaycanda da olub

Baxış sayı:
6265

Norveçdə 51 yaşlı Rusiya vətəndaşı olan şəxs casusluqsa ittiham olunaraq saxlanılıb.
Bu haqda “Verdens Gang” nəşri məlumat yayıb. Onun Norveçdə ittiham olunduğu eyni səbəblərlə bundan əvvəl Azərbaycanda da olduğu müəyyənləşib.
Həmin şəxs ölkəyə səyahət səbəbi kimi İnformasiya texnologiyaları seminarında iştirak etmək olduğunu bildirib. Saxlanılan şəxsin vəkilləri onun bundan əvvəl eyni səbəblə Azərbaycanda da olduğunu ifadə ediblər.
“Rusiya vətəndaşı iştirakçılara qadağan olunan heç bir məkanda olmayıb. Və ona heç kim hər hansı qadağa olunmuş yerə girdiyini bildirməyib” – saxlanılan şəxsin vəkili Xeqe Aakxe bildirib.
Vəkilin sözlərinə görə ittiham olunan şəxs hansı səbəbdən saxlanıldığını bilmir və istintaqla əməkdaşlığa razılıq verib.
Rusiya səfirliyindən onun saxta ittihamla saxlanılıdığı qeyd edilərək, bunun düşünülmüş bir addım olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, nəşrin məlumatına görə Rusiya vətəndaşı Avropa ölkələrinin parlamentlərində informasiya texnologiyalarının istifadəsi üzrə seminarda iştirak etmək üçün Norveçə gəldiyini bildirib.