Norveç təyyarəsi İrana təcili eniş etdi: İlişib qaldı

Baxış sayı:
6094

Dubay-Oslo reysi ilə uçan Norveçə məxsus təyyarə mühərrikində problem yarandığı üçün İrana təcili eniş edib. İran mediasındakı xəbərlərə görə, 14 dekabr 2018-də Dubay-Oslo marşrutu ilə uçan Norveçə məxsus təyyarə İrana məcburi eniş həyata keçirib, ancaq o zamandan bəri təyyarə ABŞ sanksiyaları səbəbilə qəza səbəbləri aradan qaldırılmır. Norveç təmir üçün mütəxəssislərdən ibarət bir heyət göndərsə də, təyyarənin yeni mühərrikə ehtiyac duyduğu, İrana tətbiq olunan embarqolar səbəbilə də bu mühərrikin təmin olunmasının mümkün olmadığı bildirilir. Qəza edən təyyarənin içindəki sərnişin və ekipajdan ibarət 187 nəfər növbəti gün Osloya göndərilib, ancaq təyyarə, o tarixdən bu yana İranın Şiraz şəhərində Norveçin mühərrikin dəyişdirilməsi üçün ABŞ-dan alacağı xüsusi icazəni gözləyir. Bu arada təcili eniş səbəbindən İrana enmək məcburiyyətində qalan sərnişinlərin də bundan sonra ABŞ-a getmək üçün viza almaq məcburiyyətində qalacaqları ifadə edilir. Qeyd edək ki, ABŞ-ın 7 avqustda İrana qarşı yenidən həyata keçirməyə başladığı birinci mərhələ sanksiyalar çərçivəsində İran hökumətinin ABŞ dolları satın alması, qızıl və qiymətli mədənlərlə ticarət aparması qadağan olunub. İranın polad, kömür, alüminium alveri ilə avtomobil sektoruna sanksiya tətbiq edilib. Tehrana mülki aviasiya sanksiyaları yenidən tətbiq edilib, sanksiyalar çərçivəsində İranın sərnişin təyyarələri və təyyarələr üçün ehtiyyat hissələrinin idxalı əngəllənib. Müxalifət.az