Norveç Fondu neft sərmayələrindən imtina etdi

Baxış sayı:
856

Dünyanın ən böyük milli rifah fondu olan Norveçin Dövlət Təqaüd (Neft) Fondu neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin əllərindəki səhmlərinin hamısını satıb. Belə ki, 2019-cu ildə milyard ABŞ dollarına yaxın miqdarda olan həmin səhmlər ötən ilin sonunadək bütövlükdə xırıd edilib.

Müxalifət.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə “Norges Bank İnvestment Management” (NBİM) bankının sədr müavini Trond Qrande bildirib. Belə ki, Norveç Bankının (Norges Bank) bölməsi olan NBİM Fondun idarəçiliyinə məsuldur. Bununla da Fondun son əlli ilə yaxın müddət ərzində ölkə iqtisadiyyatının təməli olmuş neft-qaz sənayesindən uzun illər davam edən çəkilməsi başa çatıb.

2020-ci ildə son 20 ildən artıq müddət ərzində ən çox gəlir götürərək 1,07 trilyon kron (123 milyard ABŞ dolları) əldə edən Fond eyni zamanda neft-qaz sənayesinə sərmayələrində 10 milyard ABŞ dollara yaxın maliyyə itkilərilə üzləşib.

Hazırda “Royal Dutch Shell” kimi bir sıra neft şirkətlərinin səhmlərinə malik olan Fondun ötən ilin sonunda ümumi dəyəri 10,914 milyard kron olub. Hazırda dünya boyu səhmlərin 1,5 %-ni əlində cəmləşdirən Fond 74 ölkənin 9 200-dən artıq şirkətində paya malikdir. Fond n mövcud səhm zərfində ən çox paya “Apple”, “Microsoft”, “Alphabet”, “Nestle”, “Amazon.com” malikdir.