Norveç Azərbaycandakı səfirliyini bağlayır

Baxış sayı:
358

Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması barədə qərar qəbul edib. Bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Norveç xarici işlər naziri Eriksen Soreyden bildirib ki, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.
Bununla belə, Oslo Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. Bu qərarı şərh edən Soreyde bildirib ki, "Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır".
O qeyd edib ki, Gürcüstanda həyata keçirilən islahatlar onu "Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb".
Nazirin fikrincə, Gürcüstanda səfirliyin mövcudluğu hökumətin "bütün regionda hadisələrin inkişafını daha yaxşı müşahidə etməsinə" imkan verəcək.