“Nobel”də qətliam etirazı - Məşhur jurnalist mükafatını geri qaytarır

Baxış sayı:
3949

İsveçli məşhur jurnalist Kristina Doctare "Nobel" mükafatını geri qaytaracaq.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, buna səbəb Bosniya-Herseqovinada 1988-ci ildə baş verən qətliamı inkar edən  avstriyalı yazıçı Peter Handkeyə "Nobel" ədəbiyyat mükafatının verilməsidir.
1988-ci ildə Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələrinin səhiyyə qrupunun üzvü kimi xidmət etdiyi üçün "Nobel" medalı ilə mükafatlandırılan K.Doctare 27 il öncə qətliama şahid olduğunu deyib. Jurnalist “İsveç Akademiyası ilə fəxr edirdim, ancaq indi təkcə utanc və günahkarlıq hiss edirəm"-, deyə əlavə edib.
Xatırladaq ki, mükafatın adıçəkilən şəxsə təqdim edilməsinə Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da etiraz edib. O, bu qərarı insan hüquqularının pozulması kimi qiymətləndirib.