Nənəsini qətlə yetirib yandıran şəxsə HÖKM OXUNDU

Baxış sayı:
8059

Bakı Ağır Cinayətlər Məhkəməsində tamah məqsədi ilə nənəsini öldürməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən Ə.Əfəndiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2018-ci il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda olub. Həmin ünvanda yanğın baş verib. Saat 09:30-da söndürüldükdən sonra həmin evin sakini, 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyev tutularaq istintaqa cəlb olunub.

Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.