Nizami rayonunda ard-arda baş verən yanğınlara nə səbəb olur? - Ekspert AÇIQLADI

Baxış sayı:
2872

Bakının Nizami rayonu ərazisində son 4 ayda 3-cü dəfə güclü yanğın baş verməsi bu yanğınların qəsdən törədildiyi ilə bağlı iddiaların səslənməsinə səbəb olub.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən təhlükəsizlik sahəsi üzrə mütəxəssis Elmar Nurəliyev bu ehtimalın o qədər də inandırıcı olmadığını deyib:

“Yanğın hər an, istənilən yerdə baş verə bilər”.

Ekspert deyir ki, baş verən yanğınların əsas səbəbi təhlükəsizliklə bağlı tədbirlərin əvvəlcədən həyata keçirilməməsidir:

 “Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi ilə bağlı qaydalara sözsüz əməl etməlidir. Buna görə həmin qurumların sahibkarları məsuliyyət daşıyırlar. Qanun bunu tələb edir. Qohum, tanış, dayıoğlu, əmioğlu - bu cür adamların üstündə iş qurmaq olmaz”.

Ekspert  obyektlərin təhlükəsizlik işlərini peşəkar insanlara həvalə etməyin əhəmiyyətini xüsusi qeyd edib:

 “Təhlükəsizlik tədbirləri üçün avadanlıqlar alınmalıdır. Onların işləkliyinə mütəmadi olaraq nəzarət olunmalıdır. Bununla bağlı qanunvericilikdə müəyyən olunmuş cəza və cərimələr də mövcuddur. Hətta təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlı obyektin işinə xitam da verilə bilər. Buna baxmayaraq, bir çox sahibkar bu məsələdə məsuliyyətizlik edir.  Bunun səbəbi həm laqeydlikdən, həm də maddi vəsait ayırmamaq istəyindən irəli gəlir”.