​Niyə xarici işçiləri Azərbaycan vətəndaşlarından üstün tuturlar? - VİDEO

Baxış sayı:
8313

Muxalifət.az bildirir ki, ARB TV-nin “Günə Doğru” Azərbaycanda çalışmaq istəyən əcnəbilərin sayının ildən-ilə artması ilə bağlı maraqlı sujet yayımlanıb.
 
Yerli mütəxəssis və xarici şirkətlərin işçi proqramı. İllərdi aktual olan məsələ Millət Vəkillərini də narahat edir. Deputatlar Azərbaycanda çalışmaq istəyən əcnəbilərin sayının ildən-ilə artamasından gileylənir. Onlar bu tendensiyanın yerli kadrlar arasında işsizlik probleminə yol aça biləcəyi qənaətindədir.
 
Çingiz Qənizadə - Millət Vəkili: “Fəhləlikdən tutmuş müəyyən bir rəhbərliyə qədər olan hissədəki əməkdaşların xaricdən gətirilmə halları olarsa bu təbii ki, qanuna ziddir. Azərbaycan şirkəti hansısa şirkətlərə şərait yaradarkən həm də Azərbaycan vətəndaşlarının işlə təmin olunması prisnsipini rəhbər götürürlər”.
 
Bu məsələ transmilli şirkətlərdə daha qabarıq formada özünü biruzə verir. Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun fikrincə problemin kökündə işçi heyyətinin sinifləşdirilməsi dayanır.
 
Sahib Məmmədov - Əmək Hüquqlarını Müdafiə Liqasının sədri: “Bizim həm öz qanunvericiliyimizə, konstitusiyamıza ziddir. Həm bizim tərəfdaş çıxdığımız beynəlxalq normalar var. Bərabər əməyə görə bərabər ödəniş prinsipi pozulur və bu əslində ayrıseçkililikdir ”.
 
Cəmallədin İsmayılov - AHİKF-nin rəsmisi: “Xarici şirkətlərdə belədi. Çalışırlar ki, sosial məsuliyyəti üstlərindən götürsünlər”.
 
Digər problem iş saatları və istirahət vaxtları ilə bağlıdır. Xarici və xüsusən də özəl şirkətlərdə bu kimi məsələlərin həlli üçün həmkarlar ittifaqının formalaşdırılması vacibdir.
 
Cəmallədin İsmayılov - AHİKF-nin rəsmisi: “Hər bir işçi ən azı 14 saat işləyir. Bu yolverilməzdir. Çünki 8 saat iş vaxtı varsa 2 saat artıq işləyə bilər. Ancaq 14-16 saat çalışmaq düzgün deyil”.
 
Çingiz Qənizadə - Millət Vəkili: “Əgər şirkətlər müəxəssis dəvət edirlərsə və mütəxəssisləri xaricdən gətirirlərsə, təbii ki, onların yatmaq, qalmaq və digər məsələlərini də nəzərə alırlar. O baxımdan onlar arasında bağlanan əmək müqavilələrində əmək haqqının yüksək olması təbidir.”