Niyə qadın köynəklərində düymə solda, kişilərdə isə sağdadır?

Baxış sayı:
8638

Qadınların köynəyinin düymələri sol tərəfdəykən, kişi köynəklərində bu düymələr sağ tərəfdə yerləşir. Niyə? Əslində, kişi və qadın köynəklərindəki bu qəribə fərqin səbəbi XIII əsrə aiddir. O dövrdə yalnız yaxşı maliyyə imkanı olan qadınlar köynəyinə düymə tikdirə bilirdi. Bu zəngin qadınların da onları geyindirməsi üçün xidmətçiləri olurdu Qadınlar qulluqçu vasitəsilə, kişilər isə köynəklərini özləri geyinərdi. Qadınların köynəklərindəki düymələrin solda olması əksər xidmətçilərin sağ əlli olduğu üçün sol tərəfdə olan düymələri sağ əllə düymələk daha rahat idi. Ona görə də düymələr əksəriyyəti sağ əlli olduğu düşünülərək sol tərəfdə tikilmişdir. Sağ tərəfdəki düymələr isə kişilər özləri geyindikləri üçün sağda tikilmişdir. Müxalifət.az