"Niyə “Mixo” oldum, anlamıram" - SAAKAŞVİLİ

Ukraynalılar həmişə mənim adımı təhrif edir.
Bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili danışıb.
Saakaşvili bütün həyatı boyu hər kəsin onu “Mişa” adlandırdığını, yalnız ukraynalıların ona “Mixo” dediyini vurğulayıb.
“Birdən-birə niyə Mixo oldum, anlamıram. Çünki onlar bunun qəribə səslənməsi üçün belə bir karikaturalı gürcü imici yaratmaq istəyirlər”, - Saakaşvili deyib.