​Nitsadakı teraktda yaralanmış 52 nəfərin vəziyyəti ağırdır

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində 10 uşaq və yeniyetmə ölüb.
«RİA Novosti» xəbər verir ki, bunu Parisin prokuroru Fransua Molens deyib.
Prokuror qeyd edib ki, 50-dən çox şəxs terror hücumundan sonra ağır vəziyyətdədir:
"İki yüz insan xəsarət alıb, onlardan 52-nin vəziyyəti ağırdır, o cümlədən 25 nəfər reanimasiyadadır".