Nişanlısını “sürpriz” adı ilə meşəyə aparan qız onun boğazını kəsib öldürdü – VİDEO

Baxış sayı:
4086

Türkiyənin Eskişehir vilayətində qız nişanlısını meşədə amansızlıqla qətlə yetirib.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, 22 yaşlı Zəhra Aras 28 yaşlı nişanlısı Emrah Öztürklə meşəyə gedib.

Onların arasında mübahisə baş verib və Z.Aras E.Öztürkə səkkiz bıçaq zərbəsi endirib, daha sonra boğazını kəsib.

Hadisəni törətdikdən sonra qaçmağa çalışan Z.Aras tutulub.

Məhkəmə iclasında verdiyi ifadədə Z.ArasEskişehirə toy üçün alış-veriş etməyə getdiklərini, nişanlısını sevmədiyini, bunu ona deyə bilmədiyini və naməlum səbəbdən öldürməyə qərar verdiyini bildirib.

Məlum olub ki, Z.Aras nişanlısına meşəyə getməyi və orada cinsi əlaqəyə daxil olmağı təklif edib. Sonra isə oğlandan gözünü yummasını xahiş edib və ona sürpriz hazırladığını söyləyib.

Oğlan gözünü yumandan sonra Z.Aras çantasından çıxardığı bıçaqla onu öldürüb. Bundan sonra o, nişanlısının telefonunu sındırıb və pullarını götürərək, qaçmağa çalışıb.

Z.Arasın barəsində qəsdən adamöldürmə və oğurluq maddələri üzrə cinayət işi başlanılıb./oxu.az