Nəim Süleymanoğlu həyatını itirdi

Ağırlıq qaldırma üzrə olimpiya və dünya çempionu Nəim Süleymanoğlu, müalicə aldığı xəstəxanada 50 yaşında vəfat edib.
 
Qaraciyər nəqlindən sonra müalicəsi Ataşəhər Memorial Xəstəxanasında intensiv reanimasiya şöbəsində müalicə olunan Süleymanoğlunun həyatını itirdiyi qeyd olunub.
Qaraciyərin sirrozu ilə bağlı 28 sentyabrdan bu yana Memorial Ataşəhər Xəstəxanasının İntensiv Qulluq Şöbəsində müalicə olunan və 6 oktyabrda Orqan Nəqli Mərkəzinin sədri Prof. Dr. Yalçın Polad ilə qrupunun həyata keçirdiyi əməliyyatla qaraciyər nəqli olan Süleymanoğlu, son olaraq beyindəki qanaxma və buna bağlı artan şiş səbəbi ilə 11 noyabrda təcili əməliyyata alınmışdı.
Qeyd edək ki, Nəim Süleymanoğlu Türkiyədə yaşasa da əslən Azərbaycan kökənli bir türk oğludur. Allah rəhmət eləsin.
Müxalifət.az