Nikolay Patruşev Ramil Usubovla məsləhətləşmələr üçün Bakıya gəlir

Baxış sayı:
12526

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sabah sentyabrın 4-də təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan ikitərəfli məsləhətləşmələri aparmaq üçün Bakıya gəlir. Muxalifet.az TASS-a istinadən xəbər verir ki, bu haqda Təhlükəsizlik Şurasının aparatı açıqlayıb. “Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Respublikasına səfər edəcək. Bakıda Patruşev Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla , habelə iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq”,-rəsmi məlumatda deyilir. Xatırladaq ki, Nikolay Patruşev ötən ay Yerevanda təhlükəsizliyə dair Rusiya-Ermənistan məşvərətində iştirak edib.