"NİKOL XAİNDİR!", "NİKOL, GET!" - Paşinyanın rəqibləri yenidən Yerevan küçələrində

Baxış sayı:
253

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə yürüş keçirilir.

Xatırladaq ki, etiraz yürüşü "Vətənin xilası uğrunda" hərəkatı tərəfindən təşkil olunub.

Bildirilir ki, hazırda bir neçə min adam polislərin müşayiəti ilə Yerevanın mərkəzindəki Fransa meydanına tərəf enir. Onlar orada itaətsizlik aksiyaları keçirmək niyyətindədirlər.

Müxalifətin əsas vəzifəsi hərəkəti iflic etmək və hakimiyyəti getməyə məcbur etmək məqsədi ilə aksiyaya maksimum sayda vətəndaş cəlb etməkdir. İzdiham "Nikol xaindir!", "Nikol, get!" şüarları səsləndirir./virtualaz