Nikol Qarabağı qaytarmağa hazırlaşır? – Voronenko

Baxış sayı:
11527

Ermənistan hakimiyyəti artıq Azərbaycana işğal edilmiş torpaqların qaytarılması planını hazırlayıb.
Muxalifet.az
bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib. O, Ermənistan hökumətinin hazırda öz ictimaiyyətinə diqqətlə hər şeyi izah etməyə hazırlaşdığını bildirib.
Voronenkonun sözlərinə görə, Paşinyanın Feysbukda son çıxışı bunun təsdiqidir:
“Qarabağın qaytarılması planı çoxdan işlənirdi, amma indi artıq hər şey hazırdır. Təbii ki, bu planda danışıqlar, tez və ya gec, hökumət dəhlizlərini tərk etməliydi. Ermənistanın müəyyən dairələrində artıq bunu açıq şəkildə danışırlar”, – deyə o bildirib.
Voronenko Paşinyanın son çıxışından bəzi tezislərə diqqət yetirib:

“1. “Erməni tərəfi itki verir”.
2. “Ermənistan və Azərbaycan arasındakı situasiyada hər zaman təhdid olub”.
3. “Biz hələlik Qarabağın həlliylə bağlı konkret plan qəbul etməmişik. Plan peyda olduğu zaman biz mütləq bu sənədi vətəndaşlarımızla müzakirə edəcəyik”.
İlk iki tezis aydındır və yuxarıda deyilənləri tam təsdiq edir. Üçüncü tezis xüsusi maraq kəsb edir. Niyə gözlənilmədən Ermənistan hökumətinin rəhbəri özünün yox, hansısa plan haqqında danışır? Məsələ odur ki, bu planda şayiələr və danışıqlar, bayaq dediyim kimi, hökumət divarlarından kənara çıxıb və Paşinyana bu bəllidir. İndi o, iti küncləri hamarlamalı və ictimiyyətdə aqressiya yaratmamalıdır. Bu çıxışdan sonra yalnız “Bütün bunlar şayiədir” ifadəsi çatışmırdı” .