Nikol pis durumda: Torpaqlar geri qaytarılmalıdır - Navasardyan

Baxış sayı:
13126

ABŞ-Ermənistan münasibətlərində “məxməri inqilabdan” sonra ikinci nəfəs açılıb. Vaşinqton son 10-15 il ərzində hakimiyyətin qəsb edildiyini çox gözəl bildiyi üçün burada olan problemlərə biganə yanaşırdı.
Muxalifet.az xəbər verir ki, bu iddianı Ermənistanın keçmiş səfiri Arman Navasardyan Ermənistanın 1-ci informasiya kanalına verdiyi müsahibədə səsləndirib.
Keçmiş diplomatın fikrincə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Corc Kentin son səfəri nəzarət və hazırlıq məqsədi daşıyıb.
Navasardyan bu vəziyyətin Ermənistan üçün tarixi şans olduğunu söyləməklə yanaşı, Dağlıq Qarabağla bağlı mürəkkəb situasiyanın yarandığını qeyd edib.
“Riçard Millzin (ABŞ-ın Ermənistandakı səfiri-red.) açıqlamalarından belə aydın olur ki, Ermənistan ABŞ-ı aldadıb və indi tələyə düşüb. Millz erməni xalqının ərazilərin qaytarılması ilə razılşmadığını təəccüblə qarşıladıqlarını bildirir. Lakin ərazilərin qaytarılmasını birinci plana çıxaran elə öz rəhbərlərimiz olub. İndi Paşinyan pis vəziyyətdə qalıb. Çünki masanın üstündə Ermənistan diplomatiyası üçün rüsvayçılıqdan başqa heç bir şey olmayan Madrid sənədi var. Bütün bunlar ona gətirib çıxarıb ki, Ermənistan danışıqlar masasına geri dönmək üçün torpaqları geri qaytarmalıdır. Bu isə bizə heç nə verən deyil”, - Navasardyan deyib.