Nikol Paşinyanın təyinatı RUSİYA VƏ İRANI NARAHAT ETDİ

Baxış sayı:
8734

Məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın təyinatı Rusiya və İran tərəfindən xoş qarşılanmayıb.
 
 "Reject Serge" təşəbbüsünün koordinatoru, publisist Armen Qriqoryanın "Transparency International" təşkilatının eksperti olduğunu, yəni Soros Fondu ilə yaxından əlaqəli olduğu və Qərbə yaxınlığı Ermənistanın qonşularını ciddi rahatsız edib.
Ruslar "Rusiyaya qarşı" oriyentasiyalı bir şəxsin təyinatına ona görə qəzəblənməyib ki, o orduda belə xidmət etməyib, həm də onun ordu və Rusiya hərbi bazaları haqda məlumatlara sahib olacağından narahatdır. Bu təyinat qondar Dağlıq Qarabağ rəhbərliyində də xoş qarşılanmayıb. Separatçılar bu təyinatın Rusiya ilə münasibətlərin pozalacağından əndişə edirlər.
Müxalifət.az