Nikol Paşinyan yenidən Karapetyanı GÖRÜŞƏ DƏVƏT ETDİ

Baxış sayı:
2950

Ermənistanda mövcud hakimiyyətə qarşı başlanılan müxalifət hərəkatının lideri Nikol Paşinyan, müvəqqəti baş nazir Karen Karapetyanı təkrar görüşə dəvət edib.
 
Paytaxt İrəvanda deputat Paşinyanın rəhbərliyindəki müxalifət Respublika Meydanında etiraz aksiyalarına davam edir.
Meydanda toplaşan minlərlə insana xitab edən Paşinyan, daha əvvəl Erməni Respublika Partiyası tərəfindən razılıq verilmədiyi  üçün müvəqqəti baş nazir Karapetyanın onunla görüşmədiyini deyib.
Ancaq indi partiyanın Karapetyana səlahiyyət verdiyini dilə gətirən Paşinyan, "Biz təklif olunan danışıq prosesinə davam etməyə hazırıq. Karapetyanı sabah görüşə dəvət edirəm" deyib.
Həmçinin Paşinyan, yenidən güc toplama və nümayişçilərin dincəlməsi məqsədilə İrəvanda keçiriləcək mitinqlərə iki gün fasilə veriləcəyini də qeyd edib.
Digər tərəfdən, Ermənistan Respublika Partiyasından bildiriblər ki, Karapetyana Paşinyan ilə görüş keçirmək üçün səlahiyyət verilib və biz ön şərtsiz dialoq və müzakirələr üçün açığıq və hazırıq".
Müxalifət.az