“Nikol Paşinyan baş nazir seçilməsə, ölkədə vəziyyət..." - ERMƏNİ POLİTOLOQDAN AÇIQLAMA

Baxış sayı:
6979

“Hesab edirəm ki, Respublika Partiyası sağlam düşüncə nümayiş etdirərək baş nazirin seçilməsinə əngəl olmayacaq və Nikol Paşinyan baş nazir olması üçün yetərli səsi alacaq”.
 
Bu haqda Erməni politoloq Stepan Safaryan fikir bildirib.
Onun fikrincə, hər bir halda hökümət yaranan vəziyyəti doğru dəyərləndirəcək və baş nazirin seçilməsinə əngəl olmayacaq: Düşünürəm ki, Respublika Partiyasının prosesi pozmaq qərarı olsa belə, içlərindən 6-7 deputat tapılacaq ki, partiyanın qərarının əleyhinə hərəkət edəcək və Paşinyana səs verməklə baş nazirin seçilməsinə imkan yaradacaqlar. Əks təqdirdə, əgər Nikol Paşinyan baş nazir seçilməsə, bu, cəmiyyəti daha silkələyəcək və arzuolunmaz proseslərə rəvac verəcək”.

Müxalifət.az