Nikahın pozulmasının qeydə alınması proseduru dəyişib

Baxış sayı:
4256

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik nikahın pozulmasının qeydə alınması proseduru ilə əlaqədardır.

Qaydaya əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulması bu barədə ərizə verilərkən qeydə alınır. Dəyişikliyə əsasən, məhkəmənin qətnaməsi əsasında nikahın pozulması qeydə alınarkən, nikahın pozulması haqqında akt qeydində və şəhadətnamədə nikaha xitam verilmə tarixi kimi məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün göstəriləcək.