Nigeriyada terror aktı törədilib, xeyli sayda ölən və yaralanan var

Baxış sayı:
6271

Nigeriyada terror aktı törədilib.
“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Təcili Yardım İdarəetmə Agentliyində əməliyyat rəhbəri Osman Kaçalla məlumat verib.
Hadisə Nigeriyanın şimal-şərqində, Borno ştatının mərkəzi Maiduquri şəhərinin 38 kilometrliyindəki Konduqa yaşayış məntəqəsində qeydə alınıb. Ard-arda üç partlayış nəticəsində 30-dan artıq sakin ölüb, 40-dən artıq yaralı var.
Yerli futbol fanatlarının oyuna baxmaq üçün toplaşdığı salonda üç intiharçı-kamikadze terrorçu tərəfindən törədilən partlayışlar nəticəsində 17 nəfər yerindəcə ölüb.