​Niderland Türkiyədəki səfirini geri çağırdı – TƏCİLİ

Baxış sayı:
9646

Niderland krallığı Türkiyədəki fövqəladə və səlahiyyətli səfirini geri çağırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Niderlandın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirliyin açıqlamasında Türkiyənin də Niderlanda yeni səfir təyin edəcəyi halda səfirin qəbul edilməyəcəyi qeyd olunub. Türkiyə ilə məsələ ilə bağlı müzakirələrin dayandırıldığı bildirilib.
Xatırladaq ki, mart ayında türk nazirlərin Niderlanddakı toplantılarının qarşısının alınmasından sonra qardaş ölkə Niderlandın Ankara səfirinin ölkəyə buraxılmayacağını açıqlamışdı. Niderland hökuməti yaşanan hadisələr fonunda Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Bətül Sayan Kayanı Rotterdamdan ölkə xaricinə çıxarmışdı.