​Niderland Avropa ordusunun yaradılmasının əleyhinədir

Baxış sayı:
157

Niderland baş naziri Mark Rütte Avropa İttifaqı ordusunun yaradılması təşəbbüsünə qarşı çıxıb. 
Muxalifet.az xəbər verir ki, o, NATO-nun ölkəsinin müdafiə siyasətinin əsasını təşkil etdiyini bildirib. 
Rütte Avropa ölkələrinin ümumi ordusunun yaradılması ideyasına müsbət yanaşmadığını vurğulayıb. 
Qeyd edək ki, Avropa İttifaqı ordusunun yaradılması təşəbbüsü ilə Fransa prezidenti Emmanuel Makron çıxış edib. Onun bu təşəbbüsü ABŞ prezidenti Donald Tramp tərəfindən mənfi qarşılanıb.