​NİDA üzvünün cəzası azaldıldı - QƏRAR

Baxış sayı:
487

Narkotik vasitələtərin qanunsuz dövriyyəsində təqsirli bilinən Nida Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanınkasasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Muxalifət.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Elgiz Qəhrəmanın cəzası 3 ilə endirilib.
Elgiz Qəhrəman narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəmanın apelyasiya şikayəti təmin edilməyib.
Bundan sonra o, barəsində bəraət hökmünün çıxarılması barədə Ali Məhkəməyə müraciət edib.