NİDA-çı karsa salındı - MÜƏMMALI ÖLÜMƏ ETİRAZ ETDİYİ ÜÇÜN

Baxış sayı:
4149

NİDA-çı siyasi məhbus Bayram Məmmədov 30 sutka müddətinə “karsa” salınıb.
 
Bu barədə siyasi fəal Samir Əsədli məlumat yayıb.
Məlumata görə, Bayram Məmmədovun karsa salınmasına səbəb Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Fərhad Zeynal oğlu Mürsəlovun müəmmalı ölümünə etiraz etməsidir.
Həmçinin 13 saylı CÇM-in rəis müavini Elçin Əlicanovun rəhbərliyi altında 24 nəfərlik dəstə dekabrın 13-də otağa daxil olaraq Bayram Məmmədovu oyadıblar, döyüblər və sürüyə-sürüyə aparıb “kars”a salıblar. Buna səbəb kimi Bayramın Elman adlı işçini vurduğu göstərilib.
Məlumatda bildirilir ki, həbsxanadan gələn xəbərə görə, Bayrama əziyyət edən Elman adlı şəxs bir həftə əvvəl 2 dustağı ölümcül döyüb. Daha sonra həmin dustaqlar özlərini kəsiblər və hal-hazırda onlardan xəbər yoxdu.