NİDA-çı gənc həbs olundu

N!DA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərov həbs olunub.
 
 “N!DA Vətəndaş Hərəkatı” nın yaydığı məlumata iəsasən, Ümman Səfərov evdən çıxarkən bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb, polis bölməsinə aparılıb.
Daha sonra Xətai rayon məhkəməsinin qərarı ilə 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Ümman Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib. 
N!DA Vətəndaş Hərəkatı hesab edir ki, gənc fəalın bu formada həbsi birbaşa siyasi fəaliyyəti ilə bağlıdır./bastainfo.com