Nicat Şıxəlizadə: Cüzi səhvə görə uduzdum

Baxış sayı:
15091

Bu idmançı ilə görüşdə 2-3 dəfə qalib olmuşam. Bu dəfə də qələbə qazanmaq istəyirdim. Sadəcə olaraq, cüzi səhvə görə uduzdum. Buna görə üzülürəm. Amma şükürlər olsun ki, finala yüksəldim, medalsız qalmadım. Muxalifet.az xəbər verir ki, bunu “Böyük Dəbilqə” turnirində gümüş medal qazanan cüdoçumuz Nicat Şıxəlizadə deyib. “Öz çıxışımı uğurlu hesab edirəm. Çünki medalsız qalmadım. Qarşıda əsas məqsədim II Avropa Oyunlarıdır. Bundan sonra Tokio Olimpiadasına hazırlaşacağam. Ondan sonra karyeramı bitirməyimə həmin dövrdəki gücümə əsasən qərar verəcəyəm”, - deyə N. Şıxəlizadə deyib.