​Neymar Argentina ilə görüşdə bu nəticəyə imza atdı

Baxış sayı:
13030

Braziliya milli komandasının ötən gün Argentina yığması ilə keçirdiyi yoldaşlıq görüşü beşqat dünya çempionlarının hücumçusu Neymar üçün əlamətdar olub.
Muxalifet.az xəbər verir ki, oyunun taleyini həll edən yeganə qolun müəllifi Mirandaya məhsuldar ötürmə verən Neymar nəticədə “qol+pas” sistemi ilə 100 xal (59 qol və 41 qolla nəticələnən ötürmə) qazanıb. O, bu göstəriciyə komandada 94 matç keçirməklə nail olub.
İyirmi altı yaşlı futbolçu 2010-cu ildən etibarən Braziliya milli komandasının şərəfini qoruyur. Millidə ən çox qola Pele (92 matçda 77 qol) və Ronaldo (98 matçda 62 qol) imza atıblar.
Qeyd edək ki, milli komandanın heyətində keçirdiyi matçların sayı baxımından Neymar Jilmarı geridə qoyaraq ilk onluğa daxil olub. Yığmada 142 matç keçirən Kafu bu göstəriciyə görə liderdir.