“New York Times” təhdid etdi: “Türkiyədə qarışıqlıq olacaq”

Baxış sayı:
5041

 ABŞ qəzeti “New York Times” Ali Seçki Şurasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçkilərini yeniləmə qərarından sonra Türkiyədə xaos yaranacağı ilə bağlı təhdid edib. Qəzet verdiyi xəbərdə, "Sosial qarışıqlıq və yeni bir iqtisadi böhran ehtimalı artıb" deyə qeyd edib.
 
Yazıda, "Prezident Ərdoğan üçün əzici bir məğlubiyyəti sildiyi, ancaq ictimai qarışıqlıq və yeni bir iqtisadi böhran ehtimalını artırdığı" şərhi yer alıb.
Xəbərdə, “Ölkənin ən böyük şəhəri və ticarət mərkəzi İstanbul üçün bənzəri görülməmiş mücadilə olacağı" ifadələrinə yer verilib.
Yazıda seçici iradəsinin heçə sayıldığı sözləri də yer alıb.
Müxalifət.az