“NEW YORK TIMES” Qaşıqçının qatillərinin adlarını yazdı

Baxış sayı:
10180

New York Times (NYT) qəzeti Türkiyənin cinayətə qarışan beş nəfərin kimliyini müəyyən etdiyini bildirib.
 
 Mahər Abdulaziz Mutreb, 2017-də Səudiyyə Ərəbistanının Londondakı səfirliyinə təyin olunmuş diplomatdır və Səudiyyə Şahzadəsi ilə qoruması kimi bir çox yeri ziyarət edib.
Səudiyyə kral ailəsi ilə çalışan Fransız bir peşəkar isə ikinci şübhəlidir. Şahzadə Məhəmməd bin Salman ilə səyahət edir və təhlükəsizlik qrupunun bir hissəsi olan bu şəxs Abdulaziz Muhəmməd al-Hawsawi-dir.
Səudiyyə Ərəbistanın mətbuat orqanlarından birində, üçüncü şübhəli Thaar Ghaleb al-Harbinin ötən il Səudiyyə kral qvardiyası tərkibində şahzadə Məhəmmədin Ciddədəki sarayını qoruyarkən göstərdiyi şücaətə görə zabit rütbəsinə yüksəldildiyi yazılıb.
Muhəmməd Saad Alzahrani olaraq kimliyi müəyyənləşdirilən və başqa birinin pasportu ilə səyahət edən dördüncü şübhəli də, kral qvardiyasının mühafizəçisidir.
Şübhəlilər arasında yer alan Doktor Salah al-Tubaigy isə bir meyitin yarılması üzrə mütəxəssisdir.
New York Times, Səudiyyə Ərəbistanında bu cür yüksək mövqelərə gəlmək üçün yüksək səviyyəli Səudiyyə məqamları ilə birbaşa əlaqəli olunması lazım olduğuna diqqət çəkib.
 
“AXMAQLARIN ƏMƏLİYYATI” İDDİASI BOŞA ÇIXIR
 
Xəbərdə, "Türk rəsmilərin dediyi kimi, bu adamlar, Qaşıqçı-nın 2 oktyabrda ortadan itdiyi Səudiyyə konsulluğunda olublarsa, orada o gün nə olduğuna dair şahzadə Muhəmmədi birbaşa məlumatlandırıblar. Bu, Qaşıqçı-nın vəliəhd şahzadədən xəbərsiz bir şəkildə, “axmaqların təşkil etdiyi bir əməliyyatda öldüyü” iddiasını da ortadan qaldırır. Belə bir əlaqə, Ağ Ev və ABŞ Konqresinin belə bir açıqlamanı qəbul etməsini daha da çətinləşdirir.
Türk rəsmilərin 15 nəfərlik bir qrupun, 2 oktyabrda İstanbula təyyarə ilə gəldiyi, Qaşıqçını edam etdiyi, bədənini doğrayaraq hissələrə bölməsi və həmin gün ölkədən çıxdıqlarına dair sənədlər əldə etdiyini və Qaşıqçı-nın konsulluğa girişindən sonra iki saat ərzində öldürüldüyünü söylədiklərini yazan NYT, adlarının açıqlanmasını istəməyən Türk rəsmilərin onlara həmin 15 nəfərdən hamısının Səudiyyə təhlükəsizlik səlahiyyətliləri, kəşfiyyat casusları və ya hökumət işçiləri olduğunu dediklərini bildirib.
Müxalifət.az