"Netflix" boykot təhdidi ilə üz-üzə - OBAMAYA GÖRƏ

Baxış sayı:
7397

ABŞ-ın iri online kinoteatrı – “Netflix” şirkətinin bəzi istifadəçiləri sabiq prezident Barak Obama ilə müqavilə imzalanmasından narazı qalıb.
 
İKT.lent.az-ın “The Business Insider”a istinadən verdiyi xəbərə görə, bu addım Obamanı bəyənməyən bir çox amerikalının qəzəbinə səbəb olub. Onların bir çoxu bu xidməti boykot edəcəklərini bildiriblər. Mühafizəkar amerikalılar ehtiyat edir ki, Obamanın iştirakı proqramların siyasi baxımdan tərəfli olmasına gətirib çıxara bilər.
Qeyd edək ki, “Netflix” ötən gün Barak və Mişel Obama cütlüyü ilə müqavilə imzaladığını açıqlayıb. Şirkət film və serial istehsalında Obamalar ilə əməkdaşlıq edəcək. Barak Obama bildirib ki, “Netflix” platformasından Tramp hökumətinə və mühafizəkarlara qarşı kampaniya aparmaq üçün istifadə etməyəcək.
“Barak və Mişel Obama dünyada ən məşhur və hörmətli fiqurlardan biridir. Biz fəxr edirik ki, onlar öz bacarıqlarını nümayiş etdirəcəkləri platforma kimi məhz bizi seçdilər”, - deyə şirkətin kontent xidmətinin rəhbəri Ted Sarandos söyləyib.