Netanyahunun oğluna Fasebook-dan cəza

Baxış sayı:
13087

Facebook, İsrailin baş naziri Binyamin Netanyahunun oğlunun Fələstinli Müsəlmanları hədəf alan mesajını silib və hesabını müvəqqəti olaraq dondurub. Oğul Yair Netanyahunun keçən həftə Facebook-da paylaşdığı "Ya bütün Yəhudilər və ya da bütün Müsəlmanlar bu ərazilərdən (Fələstin-İsrail) tamamilə ayrılmadan buraya sülh gəlməz. Mən ikincisini üstünlük verirəm" mesajı sosial paylaşma saytı Fasebook tərəfindən silinib. Fələstinliləri hədəf alan mesajı siləndən sonra Facebook-u hədəfə alan Yair Netanyahu, sosial paylaşma saytını "fikir polisi" deyərək ittiham edib. Bu ittihamdan sonra Facebook oğul Netanyahunun hesabını 24 saatlığa dondurub. Twitter hesabından paylaşdığı mesajda oğul Netanyahu, "Facebook, onu tənqid etdiyim üçün məni 24 saatlığa əngəlləmişdir. Fikir polisidir. İnanılmazdır" deyə qeyd edib. Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahunun 27 yaşlı oğlu Yair Netanyahu, tez-tez sosial mediadakı qalmaqal mesajları ilə gündəmə gəlir. Müxalifət.az