​Netanyahunun BMT-dən Hizbullah tələbi...

Baxış sayı:
13948

İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.
Muxalifet.az xəbər verir ki, danışıq zamanı baş nazir Quterreşi Hizbullah hərəkatının yəhudi dövləti ərazisində qazdığı tunnellər və bu qruplaşmaya qarşı sanksiyaların sərtləşdirilməsi məsələlərini müzakirə etməyə çağırıb.
Bundan əlavə, Netanyahu “Şimal qalxanı” əməliyyatı ilə bağlı baş katibə məlumat verib və İsrailin suverenliyinin pozulmasına görə BMT-dən həlledici müzakirələrin başladılmasını istəyib.