Netanyahunun “ayaqqabıları” BÖHRAN YARATDI

Baxış sayı:
3466

Yaponiyanın baş nazirinin İsrailə etdiyi səfər çərçivəsində nahar yeməyi zamanı yemək masasına qoyulan ayaqqabıların görünməsi iki ölkə arasında böhrana yol açıb. İçində xüsusi istehsal olunmuş şokolad olduğu bildirilsə də, Yapon mədəniyyətində ayaqqabının evə girərkən çıxarılması ənənəsinə görə, bir çox Yapon vətəndaşı bu hərəkəti hörmətsizlik kimi qiymətləndirib.
 
Yaponiyanın baş naziri Shinzo Abenin bu həftə həyata keçirdiyi Yaxın Şərq səfəri çərçivəsində dayanacaqlarından biri də İsrail olub. İsrailin baş naziri Binyamin Netanyahu və xanımı Sara Netanyahu Abe və xanımı Akie Abeni qonaq edib. Ziyafət zamanı çəkilən şəkilərdə masada yeməklərlə bərabər 4 ayaqqabının da qoyulduğu diqqətlərdən yayınmayıb və bu hərəkət bir çox sosial media istifadəçisinin sərt təpkisinə səbəb olub.


 
MASADA AYAQQABININ NƏ İŞİ VAR?
 
Gərgin keçən görüşlərdən sonra masaya oturan liderlər və xanımları yemək süfrəsində danışıqları davam etdiriblər. Ziyafətdən çəkilən şəkiliərdə isə bir detal çox diqqət çəkib. Liderlərin həyat yoldaşları birgə olduğu yemək masasında 4 ədəd ayaqqabı olduğu görüntülənib. Digər fotolarda isə bu ayaqqabının əslində bir şokolad olduğu və içində də xüsusi istehsal olunmuş şokoladın olduğu görünür.
Masadakı ayaqqabıların bir şokolad firmasına aid olduğu və içində xüsusi istehsal olunmuş şokoladın olduğu açıqlanıb.
 
İSRAİLƏ TƏPKİ YAĞDI
 
Yapon mədəniyyətində evə girmədən öncə ayaqqabıların çıxarıldığını və Yaponların bu məsələdə çox həssas olduğunu dilə gətirən sosial media istifadəçiləri, İsrail rəhbərliyinə belə bir yemək verdikləri üçün təpki göstərib. İsrail mətbuatı mövzu ilə bağlı bir açıqlama verməyən Yapon baş naziri Shinzo Abenin İranın imzaladığı nüvə sazişini dəstəklədiyini və bunu dilə gətirdiyini bildirib.
Müxalifət.az