Netanyahunun arvadı istintaqa çağırıldı

İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu istintaqa çağrılıb.
 
Xanım Netanyahu iş adamlarından qanunsuz şəkildə pul almaqda və s. ittiham olunub.
Bundan əlavə, S.Netanyahu dövlət büdcəsindəki pulları mənimsəməkdə günahlandırılır.
Qeyd edək ki, bundan öncə də baş nazir Benyamin Netanyahu rüştətxorluqla bağlı bir neçə dəfə istintaqa çağrılıb. Netanyahunun rüşvətxorluğunun sübuta yetiriləcəyi halda vəzifəsindən istefa verəcəyi gözlənilir./axar.az