Netanyahudan Türkiyə barədə skandal sözlər

Baxış sayı:
331

İsrail Baş naziri Benyamin Netanyahudan sonra onun oğlu Yair Netanyahu Türkiyə dövləti və prezidenti haqqında skandal ifadələr işlədib.
Muxalifet.az xəbər verir ki, Netanyahu Tvitter mikrobloqunda paylaşımında İstanbulun min illər öncə Konstantinopol olduğunu və Bizans imperatorluğunun paytaxtı statusunu daşıdığını bildirib.
“Türklərin yunanlara, süryanilərə və digər millətlərə qarşı soyqırım həyata keçirdiyini ona (Ərdoğana) xatırlatmaq istəyərəm. Anadoluda bütün xristianlara qarşı etnik təmizləmə həyata keçirdilər. Onlar xristianları Kiçik Asiyadan təmizlədilər”, - deyə oğul Netanyahu bildirib.
Xatırladaq ki, bundan öncə Benyamin Netanyahu Türkiyə haqqında xoşagəlməz ifadələr işlətmişdi.