Netanyahudan “Ərdoğan” açıqlaması! Türkiyədən sərt təpki

Baxış sayı:
10786

 İsrailin baş naziri Binyamin Netanyahu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alaraq "Türkiyənin diktatoru Ərdoğan İsrail demokratiyasına söz uzadır" - deyib.
 
 İsrailin baş naziri Binyamin Netanyahunun "İsrail yalnız Yəhudilərin milli dövlətidir" sözləri böhran yaratmışdı. İsrailin prezidenti etdiyi açıqlama ilə Netanyahunun bu sözləri qınamışdı. Türkiyə rəhbərliyindən də Netanyanun bu sözləri tənqid olunmuşdu. Netanyahu bu tənqidə cavab olaraq sosial media hesabından verdiyi açıqlamada, prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan qalmaqal ifadələr işlədib.
Netanyahu şəxsi facebook səhifəsindən bunları yazıb: "Bu necə bir komediyadır. Jurnalistlər və hakimlər Türkiyədə həbsxanaları doldurarkən Türkiyənin diktatoru Ərdoğan İsrail demokratiyasına söz uzadır. İsraildə kimsə ikinci sinif vətəndaş deyil. İsrail bütün İsraillilərin demokratiyasıdır. Təxminən 2 milyon İsrailli Ərəbin da demokratiyasıdır. Hər kəs bərabər hüquqlara malikdir. Ancaq İsrail yeganə və yeganə Yəhudi dövlətidir. Bayraqda həzrəti Davudun ulduzu və milli himnimiz də Hatikva (Ümid)-dır. İbrani rəsmi dilimizdir. “Geri qayıt”la bağlı qanunumuz da bütün Yəhudilərə öz doğma vətənlərinə qayıdış imkanı verir.
 
TÜRKİYƏDƏN NETANYAHUNUN SÖZLƏRİNƏ SƏRT TƏPKİ
 
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın İsrailin baş naziri Binyamin Netanyahunun prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə təpki göstərərək, "Yalanlar və təzyiq günahlarınızı gizlətməyəcək" ifadəsini işlədib.
Kalın sosial media platforması Twitter-dəki hesabından yazdığı cavab mesajında, Netanyahunun Ərdoğana qarşı sözlərinə təpki göstərib.
Kalın bu ifadələri işlədib: "Netanyahu Ərəblər və Müsəlmanlar haqqında irqçi bəyanatlar verdikdən sonra özünü ifşa etdiyi üçün prezident Ərdoğana hücum edir. Onun idarə etdiyi irqçi dövləti Fələstin torpaqlarını işğal edir, qadınları və uşaqları öldürür, Fələstinliləri öz torpaqlarında məhkum edir. Yalanlar və təzyiq günahlarınızı gizlətməyəcək".
Müxalifət.az