Netanyahudan qalmaqal “FƏLƏSTİN” AÇIQLAMASI

Baxış sayı:
3712

Qəzzada, İsrailin Fələstinlilərə törətdiyi qırğından sonra baş nazir Binyamin Netanyahu qalmaqal bir bəyanat verib.
 
Dünyadan təpki alsa da, israil ABŞ səfirliyinin Qüdsdə açılışını bayram etdi. Bölgədə yaşayan Fələstin xalqı isə açılışa etiraz etmək üçün dinc nümayişlər keçirdi. İsrail ordusu nümayişçilərə müdaxilə edərək qırğın törətdi.
Dünya ictimaiyyətinin gözü önündə Fələstinlilərə böyük bir qətliam həyata keçirilib. 57 Fələstinli şəhid olub, 2000-ə yaxın adam da yaralanıb.
Türkiyənin qətliama reaksiyası sərt olub. Prezident Ərdoğan baş verənləri soyqırım kimi qiymətləndirib. Bundan başqa, Türkiyədə 3 günlük milli matəm elan edilib.
 
 NETANYAHUDAN QALMAQAL AÇIQLAMA
 
 Qətliamdan sonra İsrailin baş naziri Benyamin Netanyahu qalmaqal bir açıqlama edib. Silahlı müdaxilənin qanuni müdafiə olduğunu deyib.
 
HƏMASI MƏSUL GÖSTƏRDİ
 
Nümayişlər səbəbilə Həması günahlandıran Netanyahu, "Həmas, İsraili məhv etmək niyyətindədir və bu vəzifəni həyata keçirmək üçün minlərlə insanı tikanlı məftilləri aşması üçün sərhədə göndərir" deyə, bildirib. Bunun qarşılığında isə İsrail əsgərlərinin Həmasa qarşı sərhədlərini qoruduğunu irəli sürüb.
 
MÜSƏLMAN QƏTLİAMI DAVAM EDƏCƏK
 
Netanyahu bildirib ki, İsrailin suverenliyini və İsrail vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün qətiyyətli şəkildə hərəkət etməyə davam edəcəklərini dilə gətirib.
Müxalifət.az