Netanyahudan İrana "Atom Bombası” ittihamı

Baxış sayı:
11899

İsrailin baş naziri Netanyahu İranın atom bombasını əldə etməyə çox yaxın olduğunu iddia edib.
 
Benyamin Netanyahu İsrail və bütün dünyanın təhlükəsizliyini təhlükəyə atacaq olan İranın nüvə silahı əldə etməsinə qətiliklə icazə verməyəcəyini söyləyib.
 
"Təhdid edən Tehrandır"
 
İranın Xarici İşlər naziri Cavad Zərifin "Netanyahu İranı yıxmaqla təhdid edir" açıqlamasına cavab verən Netanyahu, "İki gündən bir İsraili yox etməklə təhdid edən Tehrandır" deyib.
"İran atom bombası əldə etməyə hər zamankından daha yaxındır" deyən Netanyahu, İranın nüvə proqramını sürətləndirmək üçün çox ciddi səy göstərdiyini iddia edib.
Müxalifət.az