Netanyahudan hər kəsə açıq təhdid: HÜCUM EDƏCƏYİK

Baxış sayı:
3313

Netanyahu, Qərbi Qüdsdəki Yad Vaşemde (Soyqırım Muzeyi) 2-ci Dünya Müharibəsində həlak olan Yəhudilərin xatirəsinə təşkil olunan anım mərasimində etdiyi çıxışında, İran haqqında sərt bəyanatlar verib.
 
İsrailin baş nazirindən edilən yazılı açıqlamaya görə, 1939-1945-ci illərdə həlak olan Yəhudilərdən bəhs edən Netanyahu, "İsrailin siyasətini üç cümləylə yekunlaşdırım: Təcavüzə qarşı hücum, müdafiə və çəkindirmə üçün hücum və İsraili məhv etmə ilə hədələyən hər kəsə hücum" deyə, hər kəsi təhdid edib.
Netanyahu, İranın həm İsraili, həm də bütün dünyanı təhdid etdiyini irəli sürərək, "İran rəhbərlərinə bir mesajım var: İsrailin qətiyyətini test etməyin" deyib.
Bu arada Rusiya prezidenti Vladimir Putin isə dünən axşam Netanyahu ilə apardığı telefon danışığında Suriyadakı vəziyyəti daha qeyri-sabit hala gətirəcək hərəkətlərdən çəkinməyə dəvət edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi həftənin əvvəlində İsrailə aid iki F-15 döyüş təyyarələrinin Suriya hava sahəsinə girmədən T-4 hava bazasına 8 raket atdığını açıqlamışdı.
Müxalifət.az