Netanyahudan daha bir qalmaqal: Fələstinlilərin səs verdiyi mərkəzlərdə gizli çəkiliş

Baxış sayı:
12994

İsrailin baş naziri Binyamin Netanyahunun partiyası Likudun İsrail vətəndaşı Fələstinlilərin səs verdiyi seçki mərkəzlərində gizli çəkiliş təşkil etdiyi ortaya çıxıb.
 
“Yediot Ahronot” qəzetinin internet səhifəsində yer alan xəbərə görə, Likud Partiyası İsrail vətəndaşı Fələstinlilərin yaşadığı bölgələrdəki seçki mərkəzlərinə göndərdiyi 1300 aktivistə gizli kamerayla icazəsiz çəkiliş apartdırıb.
Həmin xəbərə dair İsrail mətbuatına açıqlama verən və adı açıqlanmayan yüksək səviyyəli bir polis rəsmisi İsrail Ali Məhkəməsindən bir hakimin məsələyə dair araşdırmasının davam etdiyini bildirib.
Digər tərəfdən, sosial mediada yer alan görüntülərdə, səs verməyə gedən bəzi Fələstinlilərin gizli çəkiliş apardığı bildirilən İsrailli aktivistlərə təpki göstərdiyi görünür.
Fələstinlilərin səs verdiyi mərkəzlərdə gizli çəkiliş aparılmasına dair Netanyahunun partiyasından hələ bir açıqlama edilməyib.
 
Netanyahu ərəblərin səsvermə nisbətinin yüksəlməsindən qorxur
 
 İsrail vətəndaşı Fələstinlilərə aid partiyalardan Milli Demokratik Birlik Partiyasının lideri İmtanis Şahada Likudun Fələstinlilərin səs verdiyi mərkəzlərdə gizli çəkiliş etməsinə təpki göstərib.
Hayfa yaxınlığındakı Asfiya bölgəsində səsvermədən sonra açıqlama verən Şahat, "Faşist sağçı partiyanın nümayəndələrinin Fələstinlilərin sıx olaraq yaşadığı bölgələrdə seçki prosesini sabotaj etmək cəhdi olduğunu öyrəndik. Bu cəhdlərin məqsədi səslərimizin legitimliyini aradan qaldırmaq və cəmiyyətlərimizdə siyasi terroru yaymağı qarşısına məqsəd qoyur" deyib.
İsrail vətəndaşı Fələstinlilərə seçkiyə gedərək səsvermə çağırışı edən Şahada, "Netanyahu və sağ faşizmi ərəb cəmiyyətindəki səsvermə nisbətinin yüksəlməsindən qorxur. Buna ən gözəl cavab səsverməyə intensiv getmək olacaq. Bu səbəblə xalqımızı səsverməyə gedərək səs verməyə dəvət edirəm. Onların terroru bizə təslim etdirməyəcək" deyə söyləyib.
Qeyd edək ki, İsraildə 5 milyon 800 mindən artıq qeydiyyatlı seçici növbədənkənar seçki üçün bu gün seçki məntəqələrində səs verir.
İsrail vətəndaşı təxminən 2 milyon Fələstinlini təmsil edən partiyalar 2 ayrı ittifaq çatısı altında seçkilərdə iştirak edir. “Haaretz” qəzetinin anketinə görə, bu partiyalardan Bərabərlik və Sülh üçün Demokratiya Cəbhə (Hadaş) ilə Dəyişiklik üçün Ərəb Hərəkatının (Taal) qurduğu ittifaqın 7, Milli Demokratik İttifaq (Beled) ilə Birləşmiş Ərəb Siyahısının yaratdığı ittifaqın isə 4 deputat çıxarması gözlənilir.
Müxalifət.az