Netanyahu üçün “QƏZZA” KABUSU

Baxış sayı:
601

İsrailli jurnalist Anshel Pfeffer, “Haaretz” qəzeti üçün qələmə aldığı son məqalədə, blokada altında olan Fələstinin Qəzza bölgəsinin İsrail baş naziri Binyamin Netanyahunun kabusuna çevrildiyini bildirib.
 
Netanyahunun mübahisəli “Yəhudi milli dövlət aktı”nın İsrail məclisində keçən ay qəbul edilməsindən sonra qeyri rəsmi olaraq seçki kampaniyasına başladığını bildirən Pfeffer, Qəzzada zaman zaman yüksələn təzyiqin, bu günlərdəki gərginliyin seçki kampaniyasını kölgə saldığını və bu vəziyyətin ciddi olaraq baş nazirə zərər verdiyini yazıb.
Məqaləsində Pfeffer, Netanyahunun bu vəziyyətin fərqində olduğunu və Qəzza ilə gərginlik səbəbilə partiyası Likudun səslərində 4 ay əvvələ görə azalma olduğunu yazıb.
İsraillilərin 70 faizinin hökumətin Qəzza siyasətindən məmnun olmadığına diqqəti çəkən jurnalist, Netanyahunun ən böyük siyasi öhdəliyi halına gələn Qəzzanın, baş nazirin kabusuna çevrildiyini qeyd edib.
 
"Netanyahu, Həmas ilə uzun müddətli atəşkəs imzalamağın özünə zərər verəcəyindən qorxur”
 
Həmas ilə İsrail arasında uzun müddətli atəşkəs haqqında saziş imzalanması ehtimalına da toxunan Pfeffer, Netanyahunun atəşkəs müqaviləsinin ona zərər verəcəyindən qorxduğunu bildirib.
 
QURU ƏMƏLİYYATI XƏBƏRDARLIĞI
 
Pfeffer məqaləsində, Qəzzaya ediləcək bir quru əməliyyatının nəticə verməyəcəyini bildirərək, "Netanyahu, hərbi gücün limitləri yönündə gerçəkləri bilir. Qəzzaya qarşı aparılacaq quru əməliyyatının nəticə verməyəcəyini və İsrail ordusunun da itkilər verə biləcəyini anlayır. Belə bir əməliyyat Netanyahunu siyasi olaraq xilas edə bilməyəcək sıxıntılı bir geri çəkilməklə sona çatacaq" deyə, şərh verib.
Baş nazirin hər zaman Qəzzadakı vəziyyətdən uzaq durmağa üstünlük verdiyini və problemin həll ediləcəyinə inandığını bildirən Pfeffer, Netanyahunun bu gün Qəzza üzündən küncə sıxışdığını, “Həmas”ın da bunu bildiyini qeyd edib.
Pfeffer, Netanyahunun "böyük işlərlə" məşğul olarkən Fələstin məsələsini hər zaman ikinci plana atılacağına inandığını, hakimiyyəti əlində tutduğu 9 ildən bu yana Qəzzada qalıcı bir çözüm üçün bir çox dəfə fürsəti olduğunu ifadə edərək, "Amma o hər zaman məşğul olmaq üçün daha təcili və mühüm şeylər tapdı. Qəzza indi tam da seçki kampaniyasının başladığı uyğunsuz bir zamanda Netanyahunun üzündə partlayır" deyə, qeyd edib.
Müxalifət.az