Netanyahu seçkilərdə uduzur - İSRAİLDƏ YENİ DÖNƏM BAŞLAYIR

Baxış sayı:
3262

İsrail Knessetinə (parlament) seçkilərin ilkin nəticələrinə görə, heç bir partiya həlledici qələbəyə nail olmayıb. Buna görə də tərəflərdən biri irəli çıxıb hökumət qurana qədər ölkə siyasi qeyri-sabitliklə üzləşəcək.

Muxalifet.az Azərtac-a istinadla xəbər verir ki, Mərkəzi Seçki Komitəsinin məlumatında seçicilərin 69,4 faizinin seçki hüquqlarından istifadə etdiyi bildirilib. Bu, aprel ayında keçirilmiş seçkilərdə iştirak edənlərin sayından 1,5 faiz çoxdur. Səslərin 90 faizi artıq hesablanıb. Bu nəticələrə görə, İsrailin siyasi səhnəsindəki tərəflərin bərabərliyi əhəmiyyətli dərəcədə dəyişməyib:

Benyamin Netanyahu, Likud partiyası – 32 mandat

Benni Qantz, Mavi və Ağ Partiyası – 33

Əmək + Gesher – 6

“The Joint Arab List” – 11

“United Torah Judaism” – 8

“Yemina” – 7